Qelebə.az / Azərbaycan Basketbol Liqasında təxirə salınan oyun keçirilib

Azərbaycan Basketbol Liqasında təxirə salınan oyun keçirilib

29-11-2023, 22:43

Azərbaycan Basketbol Liqasında 2-ci turdan təxirə salınan oyun keçirilib.

"QELEBE.AZ" xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində "Sabah" və "NTD-İndiqo" komandaları qarşılaşıblar.

Görüş "Sabah"ın 81:70 hesablı qələbəsi ilə bitib. Ən məhsuldar basketbolçular "Sabah"dan Kivon Devenport (27 xal, 7 ribaund), "NTD-İndiqo"dan isə Qriffin Remmi (13 xal, 9 assist) olublar.

Geri qayıt