Qelebə.az / “Mançester Yunayted” Premyer Liqada rekord sayda quru oyun keçirib

“Mançester Yunayted” Premyer Liqada rekord sayda quru oyun keçirib

27-11-2023, 05:24

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında quru oyunların sayına görə 500 rəqəminə çatan ilk komanda olub.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə “Squawka” sosial şəbəkədə bildirib.

Nəşrin hesablamasına görə, bu göstəriciyə görə ikinci yerdə “Çelsi” (476), üçüncü isə “Liverpul”dur. Cari çempion “Mançester Siti” isə cəmi 351 oyunda qapısından top buraxmayıb.

Qeyd edək ki, “qırmızı şeytanlar” 13 turdan sonra çempionatda 6-cı pillədə qərarlaşıblar. “Mançester Yunayted” sonuncu oyunda Mersisaydın “Everton”unu səfərdə darmadağın edib. Erik ten Haqın yetirmələri növbəti turda “Nyukasl”la qarşılaşacaqlar.

Geri qayıt