Qelebə.az / MOK-un baş katibi Azər Əliyev EYOF komissiyasının iclasında iştirak edib

MOK-un baş katibi Azər Əliyev EYOF komissiyasının iclasında iştirak edib

8-11-2023, 21:02

Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Belçikanın paytaxtı Brüsseldə Avropa Gənclər Olimpiya Festivalının (EYOF) üzvü olduğu komissiyasının iclasında iştirak edib.

“QELEBE.AZ”un MOK-un mətbuat xidmətinə istinadən məlumatına görə, əvvəlcə festivalın təşkilatçıları tərəfindən tədbir iştirakçılarına Friuli Venesiya Juliua-2023 Qış və Maribor-2023 Yay Olimpiya festivallarının hesabatları təqdim olunub.

Sonra Bakuriani Borjomi-2025 Qış və Skopye-2025 Yay Olimpiya festivallarının gedişatı ilə bağlı ətraflı müzakirələr aparılıb, festival çərçivəsində yarışların keçiriləcəyi idman qurğuları, idmançıların qalacaqları bina və obyektlərlə tanışlıq olub.

Görüşdə EYOF-un gələcək plan və strategiyaları, gənc səfirlər, idmançıların təhlükəsizliyi və qarşıdakı digər yarışlar barədə müzakirələr aparılıb.

Geri qayıt