Qelebə.az / Azərbaycan minifutbol millisi dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan minifutbol millisi dünya çempionatına qələbə ilə başlayıb

27-10-2023, 22:49

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatına qələbə ilə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, Elşad Quliyevin yetirmələri mundialdakı debüt matçında İraq yığmasına qalib gəliblər.

Mirmehdi Rzayevin 16-cı, Elvin Əlizadənin isə 28-ci dəqiqədə vurduğu qol sayəsində Azərbaycan yığması 2:0 hesablı qələbə qazanıb.

Qrupun digər qarşılaşmasında Misir Küveyti eyni hesabla üstələyib.

G qrupunda yer alan Azərbaycan millisi növbəti matçını oktyabrın 29-da Misirə qarşı keçirəcək.

Geri qayıt