Qelebə.az / "Neftçi" - "Sabah" oyununun biletləri satışa çıxarılıb

"Neftçi" - "Sabah" oyununun biletləri satışa çıxarılıb

24-10-2023, 17:35

Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun biletləri satışa çıxarılıb.

"QELEBE.AZ" "ağ-qaralar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, qiymət 2, 10 və 15 (VİP) manatdır.

Biletləri "İticket.az" saytından əldə etmək mümkündür.

Qeyd edək ki, oktyabrın 29-da reallaşacaq "Neftçi" - "Sabah" görüşü saat 18:30-da başlayacaq.

Geri qayıt