Qelebə.az / Ralf Ranqnik: "Azərbaycan millisi topa çox yaxşı sahib olmağa çalışan komandadır"

Ralf Ranqnik: "Azərbaycan millisi topa çox yaxşı sahib olmağa çalışan komandadır"

14-10-2023, 09:18

"Azərbaycan millisi topa çox yaxşı sahib olmağa çalışan komandadır".

"QELEBE.AZ" "Laola1" nəşrinə istinadən xəbər ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik oktyabrın 16-da Bakıda Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis həmin görüşdə final mərhələsinə vəsiqəni təmin etmək istədiklərini bildirib: "Bu, fərqli matç olacaq. Qarşılaşmaya elə yanaşacağıq ki, hər şeyi özümüz həll edə bilək".

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq oyun saat 20:00-da başlayacaq. Avstriya ötən gün Belçikaya evdə 2:3 hesabı ilə uduzub, Azərbaycan isə səfərdə Estoniyaya qalib gəlib - 2:0.

Geri qayıt