Qelebə.az / Rusiyalı idmançıların olimpiadada mümkün iştirak proseduru açıqlanıb

Rusiyalı idmançıların olimpiadada mümkün iştirak proseduru açıqlanıb

13-10-2023, 15:15

Rusiyalı idmançıların Paris-2024 Yay Olimpiya Oyunlarında mümkün iştirak proseduru bəlli olub.

“QELEBE.AZ” xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bununla bağlı açıqlama verib.

O bildirib ki, Rusiya idmançılarının olimpiadaya qəbulu prosesi beynəlxalq federasiyalarla, həmçinin, lazım gəldikdə milli federasiyalarla razılaşdırılaraq həyata keçiriləcək.

Qeyd edək ki, olimpiada 2024-cü il iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.

Geri qayıt