Qelebə.az / Azərbaycanın üç qadın cüdoçusu Avropa Kubokunda mübarizə aparacaq

Azərbaycanın üç qadın cüdoçusu Avropa Kubokunda mübarizə aparacaq

13-10-2023, 12:27

Azərbaycanın üç cüdoçusu İspaniyanın Malaqa şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.

"Report"un məlumatına görə, sözügedən yarışda ölkənin qadın idmançıları mübarizə aparacaqlar.

48 kq-da Ramilə Əliyeva, 57 kq-da Nərgiz Hacıyeva, 70 kq-da isə Südabə Ağayeva tatamiyə çıxacaq.

Qeyd edək ki, Avropa Kuboku oktyabrın 14-15-də reallaşacaq. Turnirə 35 ölkədən 378 idmançı qatılacaq.

Geri qayıt