Qelebə.az / "Beşiktaş" UEFA Konfrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib

"Beşiktaş" UEFA Konfrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib

22-09-2023, 05:32

Türkiyənin "Beşiktaş" komandası UEFA Konfrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, Şenol Güneşin baş məşqçi olduğu kollektiv Belçikada "Brügge"nin qonağı olub.

Qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahiblərində Hans Vaneken 77-ci dəqiqədə fərqlənib. İstanbul təmsilçisində isə Cenk Tosun 88-ci dəqiqədə tarazlığı bərpa edib.

Geri qayıt