Qelebə.az / "Sabah" klubu "Qalatasaray"ın sabiq futbolçusunu heyətinə qatıb

"Sabah" klubu "Qalatasaray"ın sabiq futbolçusunu heyətinə qatıb

5-09-2023, 14:58

"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" xəbər verir ki, "bayquşlar" bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.

Paytaxt təmsilçisi nigeriyalı Cessi Sekidikanı transfer edib. Onunla 2+1 illik müqavilə imzalanıb. Afrikalı futbolçu 70 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 27 yaşlı vinger karyerası ərzində Türkiyədə "Əskişəhərspor", "Qalatasaray", "Konyaspor", "Eyüpspor" və "Ümraniyəspor" klublarının formasını geyinib.

Geri qayıt