Qelebə.az / Azərbaycanlı hakim Fransa – Portuqaliya oyununa təyinat alıb

Azərbaycanlı hakim Fransa – Portuqaliya oyununa təyinat alıb

4-09-2023, 10:30

Azərbaycanlı hakim Hikmət Qafarlı 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində keçiriləcək Fransa – Portuqaliya oyununa təyinat alıb.

“Report” xəbər verir ki, o, bu gün baş tutacaq qarşılaşmanın birinci hakimi olacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. H.Qafarlıya Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcəklər. Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.

Geri qayıt