Qelebə.az / Azərbaycanın hakim-inspektoru Gürcüstan millisinin oyununa təyinat alıb

Azərbaycanın hakim-inspektoru Gürcüstan millisinin oyununa təyinat alıb

31-08-2023, 10:23

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev təyinat alıb.

"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan – Cəbəllütariq oyununda iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 6-da Gürcüstanın Kutaisi şəhərindəki “Şengeliaya Arena”da gerçəkləşəcək.

Geri qayıt