Qelebə.az / Azərbaycanın U-18 millisi heç-heçə edib

Azərbaycanın U-18 millisi heç-heçə edib

30-08-2023, 10:08

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.

"QELEBE.AZ" xəbər verir ki, yığma I liqa təmsilçisi “İmişli” ilə üz-üzə gəlib.

“Dalğa Arena”da baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millinin heyətində 53-cü dəqiqədə Niyazi Osmanov fərqlənib.

Qeyd edək ki, komanda daha əvvəl "Qaradağ Lökbatan"a 0:1 hesabı ilə yenilib.

Geri qayıt