Qelebə.az / İrlandiya Beynəlxalq Boks Assosiasiyasında qalmağa qərar verib

İrlandiya Beynəlxalq Boks Assosiasiyasında qalmağa qərar verib

27-08-2023, 03:04

İrlandiya Boks Federasiyası (IABA) rusiyalı Umar Kremlevin rəhbərlik etdiyi Beynəlxalq Boks Assosiasiyasının (IBA) tərkibində qalmağa qərar verib.

"QELEBE.AZ"un qurumun saytına istinadən verdiyi məlumata görə, növbədənkənar iclasda nümayəndələr IBA-dan dərhal çıxmaqla bağlı yekdil qərar qəbul edə bilməyiblər.

Dəyişikliyi qəbul etmək üçün 75 faiz səs toplamaq lazım idi.

Bundan əvvəl İsveçrə Boks Federasiyası da IBA-dan çıxmaqdan imtina edib. Avqust ayında IBA-ya alternativ olan "World Boxing" təşkilatı 12 federasiyanın ayrılaraq ona birləşdiyini elan edib.

Geri qayıt