Qelebə.az / Avropa çempionatı: Azərbaycan voleybol millisi bu gün qrupda son oyununu keçirəcək

Avropa çempionatı: Azərbaycan voleybol millisi bu gün qrupda son oyununu keçirəcək

23-08-2023, 11:14

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

“QELEBE.AZ”un məlumatına görə, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun son matçında İsveçlə qarşılaşacaqlar.

Dörd turdan sonra 5 xalla qrupda üçüncü pillədə qərarlaşan yığmamız mərhələ adlamaq üçün son görüşündə də qələbə qazanmalıdır. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu gün qrupun digər matçında Türkiyə yığması Yunanıstanı (19:00) sınağa çəkəcək. Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə - Almaniya oyunları ilə yekun vurulacaq.

Komandalar

O

Q

M

T-F

X

1

Türkiyə

3

3

0

9-1

9

2

Almaniya

4

2

2

9-7

7

3

Azərbaycan

4

2

2

7-8

5

4

Çexiya

4

2

2

7-8

5

5

Yunanıstan

4

1

3

5-10

4

6

İsveç

3

1

2

4-7

3

Geri qayıt