Qelebə.az / Kolumbiyalı boksçu döyüşdən sonra komaya düşüb

Kolumbiyalı boksçu döyüşdən sonra komaya düşüb

27-09-2022, 10:20

Kolumbiyalı peşəkar boksçu Luis Kinyunes süni komaya salınıb.

"QELEBE.AZ" RDS telekanalına istinadən xəbər verir ki, 25 yaşlı idmançı venesuelalı Xose Munyosa qarşı döyüşdə ağır xəsarət alıb.

Munyos reytinq qarşılaşmasının 8-ci raundunda nokautla qalib gəlib.

Kinyunes meydanı xərəkdə tərk etməli olub. O, kəllə-beyin travması səbəbindən əməliyyat olunub.

Qeyd edək ki, Luis Kinyunes peşəkar karyerasına 2018-ci ildə başlayıb. Boksçunun 10 qələbəsi və 1 məğlubiyyəti var.

Geri qayıt