Qelebə.az / "Sabah"ın mümkün rəqiblərinin oyununda qalib müəyyənləşməyib

"Sabah"ın mümkün rəqiblərinin oyununda qalib müəyyənləşməyib

11-08-2023, 00:26

"Sabah"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin III raunddakı ilk oyununda qalib müəyyənləşməyib.

"QELEBE.AZ"un məlumatına görə, Rumıniyada "Styaua" və Danimarka "Norşellan"ı arasında keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qonaqlar 59-cu dəqiqədə meydanda azlıqda qalıblar. Adamo Naqalo ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, bu cütün qalib pleyt-off mərhələsində "Sabah" - "Partizan" (Serbiya) duelinin güclüsünə rəqib olacaq. Bakı klubu evdə Belqrad təmsilçisinə qarşı keçirdiyi III raundun ilk matçında 2:0 hesablı qələbə qazanıb.

Geri qayıt