Qelebə.az / Çempionlar Liqası: "Qalatasaray"ın potensial rəqibləri müəyyənləşib

Çempionlar Liqası: "Qalatasaray"ın potensial rəqibləri müəyyənləşib

7-08-2023, 14:32

Türkiyənin "Qalatasaray" futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

APA xəbər verir ki, İstanbul təmsilçisi III raundda Sloveniya "Olimpiya”sını (Lyublyana) mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində Klaksvik(Farer adaları)-Molde (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, “Qalatasaray” II raundda Litvanın “Jalgiris” klubunu mübarizədən kənarlaşdırıb.

Geri qayıt