Qelebə.az / Elmar Baxşıyev: "Omoniya" layiqli qələbə qazandı"

Elmar Baxşıyev: "Omoniya" layiqli qələbə qazandı"

3-08-2023, 23:55

"Rəqib üstün futbol nümayiş etdirdi və layiqli qələbə qazandı".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Kiprdə "Omoniya"ya 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis ilk matçda daha yaxşı oynadıqlarını bildirib: "Ötən həftə keçirilən qarşılaşmada komandamdan istədiyimi meydanda görürdüm. Həmin görüşdə üstün tərəf biz idik".

Yeni komanda olduqlarını xatırladan çalışdırıcı oyundan-oyuna iddialarını göstərəcəklərini söyləyib: "İnanıram ki, yenidən Konfrans Liqasında qüvvəmizi sınayacaağıq".

Geri qayıt