Qelebə.az / Azərbaycanın çimərlik futbolu yığmasının II MDB Oyunları üçün yekun heyəti bəlli olub

Azərbaycanın çimərlik futbolu yığmasının II MDB Oyunları üçün yekun heyəti bəlli olub

31-07-2023, 19:37

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Belarusun paytaxtı Minskdə təşkil olunacaq II MDB oyunları üçün yekun heyəti açıqlanıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, heyətə 11 oyunçunun adı daxil edilib.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov
Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov

Yığma A qrupunda Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə qarşılaşacaq.

Azərbaycan millisinin oyunlarının təqvimi

5 avqust
20:00. Azərbaycan - İran

6 avqust
18:00. Belarus - Azərbaycan

7 avqust
16:30. Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri

Qeyd edək ki, II MDB Oyunları avqustun 4-dən 14-dək Belarusun 11 şəhərində gerçəkləşəcək. İdmançılar 20 növdə mübarizə aparacaqlar. I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. Azərbaycan 2025-ci ildəki III MDB Oyunlarına ev sahibliyi edəcək.

Geri qayıt