Qelebə.az / Basketbol üzrə Azərbaycan çempionu baş məşqçisini dəyişib

Basketbol üzrə Azərbaycan çempionu baş məşqçisini dəyişib

31-07-2023, 14:01

Basketbol üzrə Azərbaycan liqasının qalibi “Sabah”da baş məşqçi dəyişikliyi olub.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, makedoniyalı Boban Mitev bu posta gətirilib.

50 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Elşən Yusubovu əvəzləyib.

Qeyd edək ki, “Monako” (Fransa), “Partizan” (Serbiya), “Alba Berlin” (Almaniya) klublarında köməkçi məşqçi kimi çalışmış 50 yaşlı Boban Mitev 2011-2013-cü illərdə İran millisinə rəhbərlik edib. O, son olaraq Şimali Makedoniyanın “Angeli” komandasının baş məşqçisi olub.

Geri qayıt