Qelebə.az / Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

25-09-2022, 21:27

Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb. 

"Report"un məlumatına görə, Azərbaycan komandası 67-ci dəqiqədə qonaqları mərkəzə dəvət edib. 

Qazaxıstan seçməsinin heyətində Aleksandr Maroçkin avtoqol müəllifi olub. 

21:07

Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci hissə başlayıb. 

"Report"un məlumatına görə, qarşılaşmada hesab açılmayıb. 

Görüşün 35-ci dəqiqəsində qonaqların heyətində Nurali Alib birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 

20:48

Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb. 

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

Görüşün 35-ci dəqiqəsində qonaqların heyətində Nurali Alib birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 

20:00

Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.

"Report"un məlumatına görə, "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Harm Osmersin başçılıq etdiyi almaniyalı hakimlər idarə edir.

Qrupun digər matçında Slovakiya Belarusla üz-üzə gəlir.

Geri qayıt