"Sabah"ın futbolçusu Boyan Letiç komandanın tarixinə düşüb.
"Report"un məlumatına görə, bosniya və herseqovinalı müdafiəçi Bakı klubunun avrokuboklardakı ilk qolunun müəllifi olub.
31 yaşlı oyunçu bunu Latviyada RFŞ-ə qarşı keçirdiləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında fərqlənməklə bacarıb.
22-ci dəqiqədə rəqib qapısına yol tapan Letiç hesabı açıb.