Qelebə.az / "Kəpəz" klubu Azərbaycan millisinin futbolçusu ilə müqavilə imzalayıb

"Kəpəz" klubu Azərbaycan millisinin futbolçusu ilə müqavilə imzalayıb

25-07-2023, 16:22

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Gəncə təmsilçisindən "QELEBE.AZ"a verilən məlumata görə, əyalət klubu Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə anlaşıb.

31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə ötən mövsüm "Sabah"da çıxış edib.

Geri qayıt