Qelebə.az / Qurban Qurbanov: "Rəqib mübarizədən əl çəkmirdi"

Qurban Qurbanov: "Rəqib mübarizədən əl çəkmirdi"

19-07-2023, 22:21

“Böyükhesablı qələbə olsa da, rəqib mübarizədən əl çəkmirdi".

“QELEBE.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariq klubu “Linkoln”a 4:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis maraqlı mübarizə alındığını söyləyib: “Futbolçularmı təbrik edirəm. Futbolçularım sona kimi çox güc sərf etdilər. Sonda yaxşı qalibiyyət oldu. Yaxşı atmosfer yaratdıqları üçün azarkeşlərə təşəkkür etmək istəyirəm".

Qeyd edək ki, “Qarabağ” ilk oyunda səfərdə 2:1 hesablı qələbə qazanıb. Azərbaycan çempionu II raundda Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq.

Geri qayıt