Qelebə.az / "Neftçi"dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

"Neftçi"dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

17-07-2023, 09:05

"Neftçi"dən ayrılan gürcüstanlı futbolçu Solomon Kverkveliyanın yeni klubu müəyyənləşib.

"Report"un məlumatına görə, 31 yaşlı müdafiəçi karyerasına Səudiyyə Ərəbistanında davam edəcək.

Gürcüstan millisinin üzvü "Əl-Oxdud"a keçib.

Qeyd edək ki, Solomon Kverkveliya 2022-ci il iyulun 4-də "ağ-qaralar"la 2 illik müqavilə imzalamışdı. Paytaxt təmsilçisi ötən gün oyunçu ilə sözləşmənin qarşılıqlı razılıq əsasında ləğv olunduğunu açıqlayıb.

Geri qayıt