Qelebə.az / Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"

Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"

23-09-2022, 01:35

"Evdə məğlub olmaq böyük biabırçılıqdır. İlk hissədə rəqibdən çəkinirdik. Qonaqlar isə əvəzində topla daha yaxşı davranırdılar".

"QELEBE.AZ"un məlumatına görə, bunları Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona evdə Azərbaycana 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis fasilədən sonra oyunlarını yaxşılaşdırdıqlarını bildirib: "Daha çox qol şansımız oldu. Sadəcə, dəyərləndirə bilmədik. Amma ikinci hissədə sərgildiyimiz gələcəyə nikbin baxmağa ümid verir".

İtaliyalı baş məşqçinin sözlərinə görə, bu məğlubiyyət komandası üçün dərs olub: "Öyrəndik ki, oyun 95 dəqiqədən artıq davam edə bilər və sonadək diqqətli olmalıyıq. Futbolçuları yeni-yeni tanıyıram və onların hazırlığını görürəm. Oyunçular ikinci hissədə öz keyfiyyətlərini göstərdilər".

Geri qayıt