Qelebə.az / Avropa Oyunları: Azərbaycan son gündə 3 medal qazana bilər

Avropa Oyunları: Azərbaycan son gündə 3 medal qazana bilər

2-07-2023, 10:24

Azərbaycan idmançıları Polşada təşkil olunan III Avropa Oyunlarında bu gün 3 növdə mübarizə aparacaqlar.

"QELEBE.AZ"un məlumatına görə, ölkə təmsilçiləri boks, kikboksinq və stend atıcılığında qüvvələrini sınayacaqlar.

Stend atıcılığı
Qadınlar komanda yarışı
Təsnifat

11:00. Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rəfixanova

Kikboksinq
+63.5 kq (full kontakt)
Final

13:15. Fərid Ağamoğlanov - Damiano Tramontana (İtaliya)

Boks
+92 kq
Final

16:55. Məhəmməd Abdullayev - Castin Orye (Böyük Britaniya)
Qeyd edək ki, Avropa Oyunlarına bu gün yekun vurulacaq.

Geri qayıt