Qelebə.az / Avropa Oyunları: Azərbaycan kikboksçusu finala yüksəlib

Avropa Oyunları: Azərbaycan kikboksçusu finala yüksəlib

1-07-2023, 13:32

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 63.5 kq-da mübarizə aparan idmançı finala gedən yolda norveçli Milton Ameriko Barrios Qalaretta ilə qarşılaşıb.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov həlledici döyüşə vəsiqə qazanıb.

Qeyd edək ki, final qarşılaşması iyulun 2-də olacaq.

Geri qayıt