Qelebə.az / Azərbaycanın daha bir boksçusu Avropa Oyunlarına qələbə ilə başlayıb

Azərbaycanın daha bir boksçusu Avropa Oyunlarına qələbə ilə başlayıb

24-06-2023, 21:03

Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 80 kq-da çıxış edən yığma üzvü 1/16 finalda almaniyalı Kevin Şumannla qarşılaşıb.

Döyüş Allahverdiyevin qələbəsi ilə yekunlaşıb. İlk 2 raundu aktivinə yazan boksçu 3-cü hissədə tam üstünlüklə qalib gəlib.

O, 1/8 final döyüşünə iyunun 26-da çıxacaq.

54 kq-da çıxış edən Zeynəb Rəhimova isə 1/16 finalda rumıniyalı Lenuta Periyoça uduzaraq, yarışla erkən vidalaşıb.

Axşam seansında Azərbaycanın daha 1 boksçusu mübarizəyə qoşulacaq. 92 kq-da yer alan Alfonso Dominges israilli Yan Zakla münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan boksçularından Malik Həsənov (63,5 kq) 1/8 finala yüksəlib.

Geri qayıt