Qelebə.az / III Avropa Oyunları: Fərid Ağayev yarımfinala çıxa bilməyib - YENİLƏNİB

III Avropa Oyunları: Fərid Ağayev yarımfinala çıxa bilməyib - YENİLƏNİB

23-06-2023, 14:58

Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında erməni rəqibi Anita Makyana (8:0) qalib gələrək, medalı təmin edib.

“QELEBE.AZ”un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq çəki dərəcəsində əvvəlcə ukraynalı Qalina Melniki (5:0) üstələyən dünya və Avropa çempionu ardıcıl ikinci qalibiyyət sayəsində yarımfinala yüksəlib.

O, üçüncü duelində ispaniyalı İzabel Nyetonu çətinliklə (4:3) məğlubiyyətə uğradıb. 27 yaşlı karateçi bununla minimum bürünc medalı təmin edib.

Qeyd edək ki, İrina Zaretska yarımfinal görüşünə Bakı vaxtı ilə saat 18:10-da çıxacaq. Onun rəqibi Fransa təmsilçisi Alize Agier olacaq.

Geri qayıt