Qelebə.az / PSJ-nin qapıçısı 3 həftədən sonra komadan ayılıb

PSJ-nin qapıçısı 3 həftədən sonra komadan ayılıb

19-06-2023, 18:17

Üç həftədir reanimasiyada olan Fransanın PSJ klubunun qapıçısı Serxio Riko komadan ayılıb.

"Report"un məlumatına görə, bu barədə ispaniyalı qolkiperin xanımı Alba Silva "Telecinco" kanalına açıqlama verib.

"Nəhayət, tunelin sonunu görürük. Addım-addım gedirik. Əvvəldən bilirdim ki, Serxio bu işin öhdəsindən gələcək. Çünki əsl çempiondur", - o bildirib.

Qeyd edək ki, Serxio Riko ölkəsində istirahətdə olarkən atdan yıxılaraq başından ciddi xəsarət alıb.

Geri qayıt