Qelebə.az / Məşhur yarışda faciə baş verib, velosipedçi yıxılaraq ölüb

Məşhur yarışda faciə baş verib, velosipedçi yıxılaraq ölüb

16-06-2023, 16:23

Velosiped üzrə "İsveçrə Turu-2023" turnirində faciəvi hadisə baş verib.

"QELEBE.AZ" xəbər verir ki, yerli velosipedçi Cino Myöder yüksək sürətlə hərəkətdə olarkən yıxılıb.

Uzun müddət yerdə qalan və özünə gələ bilməyən 26 yaşlı idmançı ilkin tibbi yardımdan sonra helikopterlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, velosipedçi aldığı xəsarətlərdən dünyasını dəyişib.

Geri qayıt