"Qalatasaray" hücumçusu ilə vidalaşıb
Türkiyənin "Qalatasaray" klubu futbolçusu Bafetimbi Qomislə vidalaşıb.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi tviter hesabında paylaşım olunub.
"Sarı-qırmızılar" 38 yaşlı hücumçuya xidmətlərinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2022-ci ildə "Qalatasaray"a qayıdan Bafetimbi Qomis 2017/2018 və başa çatan mövsümdə komanda ilə Türkiyə çempionu olub.

https://mail.qelebe.az//uploads/photo/qalatasaray-hucumchusu-ile-vidalashib.webp











