Konfrans Liqası: Final oyununda 3-cü qol vurulub

Konfrans Liqası: Final oyununda 3-cü qol vurulub

Çexiyanın paytaxtı Praqada İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının final oyununda hesab dəyişib.

"QELEBE.AZ"un məlumatına görə, 90-cı dəqiqədə Carrod Bouen yenidən londonluları önə çıxarıb - 2:1.

00:30

Çexiyanın paytaxtı Praqada İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının final oyununda hesab bərabərləşib.

"QELEBE.AZ"un məlumatına görə, 67-ci dəqiqədə Florensiya təmsilçisindən Cakomo Bonaventura tarazlığı bərpa edib 1:1.

00:25

Çexiyanın paytaxtı Praqada İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının final oyununda hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Səid Benrahma London təmsilçisini önə keçirib.

00:08

Çexiyanın paytaxtı Praqada İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının final oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, ilk yarıdan sonra qarşılaşmada hesab açılmayıb.

23:51

Çexiyanın paytaxtı Praqada İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının final oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

23:00

İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında UEFA Konfrans Liqasının final oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edir.

21:44

Bu gün Konfrans Liqasının final oyununda üz-üzə gələcək İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klublarının start heyətləri açıqlanıb.

"QELEBE.AZ" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Fiorentina": 1. Pyetro Terraççano, 2. Dodo, 3. Kristiano Biragi, 4. Nikola Milenkoviç, 5. Cakomo Bonaventura, 7. Luka Yoviç, 16. Luka Ranyeri, 22. Nikolas Qonsales, 34. Sofyan Amrabat, 38. Rolando Mandraqora, 99. Kristian Kouame
Baş məşqçi: Vinçentso İtaliano

"Vest Hem": 13. Alfons Areola, 4. Kurt Zuma, 5. Vladimir Tsoufal, 9. Maykl Antonio, 11. Lukas Paketa, 20. Carrod Bouen, 22. Səid Benrahma, 27. Nayef Aquerd, 28. Tomaş Souçek, 33. Emerson, 41. Deklan Rays
Baş məşqçi: Devid Moyes

Qeyd edək ki, Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

Futbol
AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

Futbol
Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Futbol
Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

Futbol
La Liqa klubu baş məşqçisini istefaya göndərib

La Liqa klubu baş məşqçisini istefaya göndərib

Futbol
Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

Futbol
“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

Futbol
“Real” 16 yaşlı braziliyalı alır

“Real” 16 yaşlı braziliyalı alır

Futbol
Azərbaycan Premyer Liqası: Daha 5 turun vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqası: Daha 5 turun vaxtı açıqlanıb

Futbol
Qara Qarayev: "Füzuliyə qayıdacam"

Qara Qarayev: "Füzuliyə qayıdacam"

Futbol
Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olur

Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olur