Azərbaycanın olimpiya çempionu: "Nağı Səfərovun dedikləri doğru deyil, hamını aldadır"

Azərbaycanın olimpiya çempionu: "Nağı Səfərovun dedikləri doğru deyil, hamını aldadır"

"Onun dedikləri doğru deyil, hamını aldadır".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan millisinin sabiq taekvondoçusu Radik İsayev federasiyanın vitse-prezidenti Nağı Səfərovun onun və Milad Beiqi Harçeqaninin haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Səfərov daha əvvəl bildirib ki, sözügedən taekvondoçuların qarşısına ölkə çempionatında iştirakla bağlı şərt qoyulsa də, onlar yarışa qatılmayıblar. Həmçinin, federasiya rəsmisi İsayevlə Harçeqaninin millidəki karyeralarını bitirməklə bağlı qərarın məhz idmançılara məxsus olduğunu söyləyib.

80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionu olmuş İsayev isə vitse-prezidenti doğrunu danışmamaqda ittiham edib: "Orada anlaşmazlıq oldu. Əvvəlcə Rza Mehmandostu istefaya göndərdilər, sonra isə geri qaytardılar. Bundan sonra baş məşqçi bizi - yığmanın bir nömrələrini Sloveniyadakı təlim-məşq toplanışına aparmadı. Beynəlxalq turnirlərə də bizsiz getdilər. Azərbaycan çempionatı isə bu hadisədən təqribən 1,5 il sonra keçirildi. Bu isə o deməkdir ki, Nağı Səfərov yalan danışır. Bizə elə gəlirdi ki, qalıb federasiyada işləyəcəyik. Amma, görünür, onların başqa planları var imiş. İdmançı kimi böyük təcrübəmiz var, gənclərə kömək edə bilərdik. Lakin federasiya rəhbərliyi fərqli qərar qəbul etdi".

Titullu idmançı Azərbaycan taekvondoçularının Bakıda keçirilən dünya çempionatında medal qazana bilməmələrinə də toxunub: "Bütün sualları baş məşqçiyə vermək lazımdır. Ondan soruşulmalıdır ki, niyə belə oldu. Medal yoxdur, amma heç nəyi dəyişmək istəmirlər. Belə olmur, axı! Yaxud da Niyaməddin Paşayev və ya Nağı Səfərovdan soruşun. Mən artıq bu sistemin içində deyiləm. Millidə yer alan uşaqların hamısı gəncdir, aralarında təcrübəli idmançılar çox azdır".

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub

Fərdi
Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Fərdi
Həbib Nurməhəmmədov MMA-dan gedib

Həbib Nurməhəmmədov MMA-dan gedib

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub, ən güclülər müəyyənləşib

Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub, ən güclülər müəyyənləşib

Fərdi
Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Fərdi
Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Fərdi
Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Fərdi
Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub

Fərdi
Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Fərdi
Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib