Azərbaycan çempionatlarında medal qazanan əcnəbi baş məşqçilər - SİYAHI

Azərbaycan çempionatlarında medal qazanan əcnəbi baş məşqçilər - SİYAHI

Azərbaycan çempionatları tarixində mövsümü medalçılar sırasında bitirən əcnəbi baş məşqçilərin sayı 14-ə yüksəlib.

“Report”un araşdırmasına görə, bu, “Sabah”ın baş məşqçisi Murad Musayevin gümüş, “Neftçi”nin sükanı arxasında olan Laurentsiu Regekampfın bürünc mükafat qazanması ilə mümkün olub.

Onlar həm də üç mövsümlük fasilədən sonra komandasını ilk “üçlüy”ə daşımağı bacaran ilk əcnəbilərdir.

Murad Musayev Azərbaycan yüksək liqasında medal qazanan ikinci rusiyalı mütəxəssisdir. Ona qədər yalnız Yuri Syomin 2013/2014 mövsümündə “Qəbələ” ilə “bürünc”ə yiyələnib.

Həmçinin, Laurentsiu Regekampf da Premyer Liqada mükafatçılar sırasına düşən ikinci rumıniyalı baş məşqçidir. Onun həmyerlisi Mirça Rednikin 2010/2011 mövsümündə rəhbərlik etdiyi “Xəzər Lənkəran” ikinci yeri tutub.

Ümumilikdə 4 ukraynalı, 2 türkiyəli, 2 rusiyalı, 2 rumıniyalı, 2 gürcüstanlı, 1 şimali makedoniyalı və 1 italiyalı mütəxəssis Azərbaycan çempionatında medal qazanmağı bacarıblar. Onlar ümumilikdə 22 dəfə mükafatçılar sırasına düşüblər.

Medal sayı baxımından rekordçu Kaxaber Sxadadzedir. “İnter”dəki (hazırkı “Şamaxı”) fəaliyyəti ilə tanınan gürcüstanlı bu komanda ilə 1 qızıl, 2 gümüş, 2 bürünc mükafata sahib çıxıb. “Qəbələ”nin ukraynalı keçmiş baş məşqçisi Roman Qriqorçuk isə “qırmızı-qaralar”a 2 “gümüş”, 2 “bürünc” qazandırıb.

Digər ukraynalı Valentin Xodukin isə “İnter”ə bir çempionluq, bir ikincilik sevinci yaşadıb.

Azərbaycan çempionatında, eyni zamanda, Qyoko Haciyevski (Şimali Makedoniya) qızıl, Rasim Kara, Cüneyt Biçər (hər ikisi Türkiyə), Roberto Bordin (İtaliya) gümüş, Anatoli Demyanenko, Roman Pokora (hər ikisi Ukrayna) və Zaur Svanadze (Gürcüstan) bürünc mükafatçı olublar.

Futbol
Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Futbol
Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub

Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub

Futbol
"Sevilya" iki transferi açıqlayıb

"Sevilya" iki transferi açıqlayıb

Futbol
Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Futbol
Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Futbol
Dünyada ilin məşqçisi açıqlanıb

Dünyada ilin məşqçisi açıqlanıb

Futbol
FIFA-nın sabiq prezidenti futbolu limonla müqayisə edib

FIFA-nın sabiq prezidenti futbolu limonla müqayisə edib

Futbol
Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Futbol
"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

Futbol
“Olimpiakos” üzərində qələbə və Veşoviçin qolu “Qarabağ” üçün əlamətdar olub

“Olimpiakos” üzərində qələbə və Veşoviçin qolu “Qarabağ” üçün əlamətdar olub

Futbol
“Səbail” 4 əcnəbi futbolçusu ilə yollarını ayırıb

“Səbail” 4 əcnəbi futbolçusu ilə yollarını ayırıb