İngiltərə Premyer Liqası: “Liverpul” ardıcıl 7-ci qələbəsini qazanıb

İngiltərə Premyer Liqası: “Liverpul” ardıcıl 7-ci qələbəsini qazanıb

İngiltərə Premyer Liqasının 36-cı turunda “Liverpul” səfərdə “Lester”i darmadağın edib.

“Report” xəbər verir ki, “qırmızılar”ın üstünlüyü ilə keçən matç qonaqların 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

33-cü dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Körtis Cons Məhəmməd Salahın ötürməsindən sonra hesabı açıb. Qoldan 3 dəqiqə sonra “qırmızılar”ın yarımmüdafiəçisi “Lester”i növbəti dəfə məyus edib. Bu dəfə də ona misirli hücumçu yardım edib. Beləliklə, matçın birinci yarısı Mersisayd təmsilçisinin inamlı üstünlüyü ilə başa çatıb.

İkinci hissədə ev sahiblərinin oyunun aqibətini dəyişmək səylərinə baxmayaraq, “Liverpul” hesabı darmadağın həddinə çatdırıb. Trent Aleksandr-Arnold Salahın qazandığı cərimə zərbəsindən maksimum yararlanıb və yekun hesabı müəyyənləşdirib – 0:3.

Beləliklə, “Liverpul”un Premyer Liqadakı uğurlu seriyası artıq 7 turdur davam edir. “Qırmızılar” son 7 oyundan mümkün 21-in xalın hamısını qazanıblar. “Lester” isə 19-cu pillədə qalıb. Onların aktivində 30 xal var və aşağı liqaya düşməyə çox yaxındırlar. Yurgen Kloppun yetirmələri isə 36 oyundan sonra 5-ci pillədə qərarlaşıblar. Çempionlar Liqasında iştirak etməyə vəsiqə qazandıran ilk dördlük uğrunda mübarizə aparan “qırmızılar”ı 4-cü pillədəki əzəli rəqibi “Mançester Yunayted”, həmçinin 3-cü pillədəki “Nyukals”dan 1 xal ayırır. “Qırmızı şeytanlar”ın ehtiyatında bir oyunu olsa da, inamlı təsir bağışlamırlar. Belə ki, Erik ten Haqın yetirmələri son 3 oyundan ikisində məğlub olaraq ilk dördlükdə qalacaqlarını şübhə altına salıblar. “Nyukasl” da son 3 oyunda mümkün 9 xaldan sadəcə üçünü qazana bilib.

Qeyd edək ki, “Liverpul”u irəlidə “Aston Villa” (evdə) və liqa ilə vidalaşmış “Sauthempton”a (səfərdə) qarşı oyunlar gözləyir. “Mançester Yunayted” isə “Bornmut” (səfərdə), “Çelsi” (evdə) və “Fulhem”lə qarşılaşacaq. “Sağsağanlar”ın qrafiki isə nisbətən daha çətindir. Belə ki, onları avroturnirlərdə iştirak etmək uğrunda mübarizə aparan “Brayton”la (evdə), çempionatda qalmağa çalışan “Lester”lə (evdə) və orta sıralarda yer alan “Çelsi” (səfərdə) ilə matçlar gözləyir.

Futbol
Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Futbol
Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Futbol
2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

Futbol
DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

Futbol
"Olimpiakos"un "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli olub

"Olimpiakos"un "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli olub

Futbol
Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyununun biletləri satışa çıxarılıb

Futbol
Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Futbol
"Olimpiakos" komandası Bakıya yola düşüb

"Olimpiakos" komandası Bakıya yola düşüb

Futbol
“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

Futbol
"Qarabağ" - "Frayburq" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Frayburq" oyununda ikinci hissə başlayıb

Futbol
Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb