Şenol Güneş Azərbaycan millisində işləmək üçün AFFA-dan təklif alıbmış

Şenol Güneş Azərbaycan millisində işləmək üçün AFFA-dan təklif alıbmış

Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneş bir neçə il öncə Azərbaycan millisində işləmək üçün AFFA-dan təklif alıb.

Bu barədə "QELEBE.AZ"a müsahibəsində 71 yaşlı mütəxəssisin özü açıqlama verib.

O bildirib ki, həmin vaxt yığmanı çalışdırmaq istəyi olsa da, bunu həyata keçirə bilməyib: "Qarşı tərəfdən yaxınlıq hiss etdim. Hər şey mühitdən asılıdır. Məşqçilik karyeramın son dönəmlərini yaşayıram. Hazırda "Beşiktaş"ın sükanı arxasındayam. Amma əvvəllər belə təklif olub".

Ş.Güneşin sözlərinə görə, önəmli olan yığmanın başına keçmək deyil, inkişafa töhfə verməkdir: "İşlədiyiniz yerə xeyir verirsinizsə, orada iz qoyarsınız və hər zaman adınız çəkilər. "Beşiktaş"da da buna görə xoşbəxtəm. Bu hissi daha əvvəl "Trabzonspor" və Cənubi Koreya yığmasında da yaşadım. Məni özlərindən biri sayırlar".

Təcrübəli mütəxəssis bundan sonra Azərbaycan millisinə rəhbərlik etməsinin qeyri-mümkün olduğunu söyləyib: "Mən olmasam belə, buraya fayda verə biləcək həmkarlarım gəlsə, sevinərəm. Amma iz qoymayacaqlarsa, gəlməsinlər".

Şenol Güneşlə geniş müsahibə yaxın saatlarda "QELEBE.AZ.az"da olacaq.

Futbol
Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Futbol
Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Futbol
Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Futbol
Emin Mahmudov Rumıniya klubuna keçə bilər

Emin Mahmudov Rumıniya klubuna keçə bilər

Futbol
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

Futbol
Murad Musayev Rusiya Premyer Liqasından təkliflər alıb

Murad Musayev Rusiya Premyer Liqasından təkliflər alıb

Futbol
"Sabah" legioneri ilə müqavilənin müddətini uzadıb

"Sabah" legioneri ilə müqavilənin müddətini uzadıb

Futbol
AFFA PFL və klublara top verib

AFFA PFL və klublara top verib

Futbol
“Neftçi”nin xorvatiyalı qapıçısı: “İkinci yarıda azarkeşləri sevindirəcəyik”

“Neftçi”nin xorvatiyalı qapıçısı: “İkinci yarıda azarkeşləri sevindirəcəyik”

Futbol
Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Futbol
"Barselona"nın futbolçusu əməliyyat olunub

"Barselona"nın futbolçusu əməliyyat olunub

Futbol
"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub