Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"də daha bir növdə mükafatçılar bəlli olub

Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"də daha bir növdə mükafatçılar bəlli olub

Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"də daha bir növdə mükafatçılar bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə kişilər və qadınlar arasında yarışların final mərhələləri keçirilib.

Kişilər arasında 8 idmançının medal uğrunda yarışdığı finalda üçüncü yeri çinli Lihao Şenq tutub. O, mərhələni 230.5 xalla başa vurub.

Gümüş medalı Hindistan təmsilçisi Hriday Hazarika əldə edib. O, 251.9 xal qazanıb.

Yarışın qalibi isə Macarıstan idmançısı Zalan Pekler olub. 252.4 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayıb.

Qadınlar arasında bürünc medalı 232.5 xalla çinli Huan Yutin, gümüş medalı 253.3 xalla Hindistan millisinin üzvü Nensi Nensi qazanıb. Yarışın qalibi isə 254 xal ilə Çin yığmasının nümayəndəsi Han Jiayu olub.

"Qızıl medala sahib olduğuma görə sevincliyəm. Bakı Atıcılıq Mərkəzindəki atəş meydançaları olduqca yeni və baxımlıdır. Burada yarışmaq mənə zövq verir. Azərbaycanı da çox bəyənirəm. Xüsusən də insanlarını. Olduqca mehriban və qonaqpərvərdirlər" – bu fikirləri medal təqdimatından sonra verdiyi müsahibədə Han Jiayu bildirib.

Yarışlar sabah 25 metr məsafəyə atəş üzrə qadınlar, 3 mövqedən 50 metr məsafəyə atəş üzrə kişilər arasında davam edəcək.

Fərdi
Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Fərdi
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Fərdi
İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

Fərdi
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Fərdi
Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Fərdi
Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Fərdi
Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Fərdi
"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

Fərdi
Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Fərdi
Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Fərdi
Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb

Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb