Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ultramarafon yürüşünə yekun vurulub

Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ultramarafon yürüşünə yekun vurulub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Ağstafa-Bakı marşrutu ilə ultramarafon yürüşünə yekun vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Ağstafa rayonu Vurğun qəsəbə sakini Ağa Əliyev yürüşə mayın 1-də Ağstafa rayonunda Heydər Əliyevin abidəsi önündən başlayıb.

İlk gündə Gəncəyə kimi 96 km-lik məsafə qət edilib. Azərbaycanda, eləcə də ölkədən kənarda təşkil olunan bir sıra yürüşlərdə iştirak etmiş Ağa Əliyev ardınca 70 km-lik məsafəni keçərək Gəncədən Yevlaxa gəlib. Növbəti dayanma məntəqələri Kürdəmir və Hacıqabul rayonları olub. Son mərhələyə Hacıqabuldan start verən yarış iştirakçısı 118 km-lik məsafəni qət edərək finiş nöqtəsinə çatıb.

İdmançı Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etməklə 465 km-lik ultramarafonu uğurla başa vurub. Finiş nöqtəsində onu Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, idman ictimaiyyətinin nümayəndələri və Lökbatan sakinləri qarşılayıblar. Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Ağa Əliyevi bu nailiyyətinə görə təbrik edib və ona diplom, hədiyyələr, pul mükafatı təqdim edib.

Qeyd edək ki, Ağa Əliyev Azərbaycanda 5 gün ərzində ən uzaq məsafəni qət etmə rekorduna sahib çıxıb.

Fərdi
Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Fərdi
Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb

Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb

Fərdi
Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Fərdi
Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Fərdi
Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Fərdi
Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Fərdi
Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

Fərdi
Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb

Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb