"Qəbələ"nin baş məşqçisi: "Hesab 0:2 olandan sonra geridönüş etmək çox ağırdır"

"Qəbələ"nin baş məşqçisi: "Hesab 0:2 olandan sonra geridönüş etmək çox ağırdır"

"Hesab 0:2 olandan sonra geridönüş etmək çox ağırdır".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sumqayıtda eyniadlı komandaya 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXI turunun bağlanış oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis hər iki komandanın layiqli mübarizə apardığını bildirib: "Bu qarşılaşmada uda da, uduza da bilərdik, Amma şanslı tərəf biz olduq. Yolumuza davam edirik. Futbolçularıma təşəkkürümü bildirirəm. Xarakter nümayiş etdirdilər, öz iddialarından əl çəkmədiklərini göstərdilər".

O, matçı hissələrə bölmək istəmədiyini söyləyib: "Sumqayıt" çox yaxşı idi, üstümüzə gəlir, təzyiq göstərirdi. Onlar qarşılaşmanın bir bölümünü daha üstün keçirdilər. Sevinirəm ki, sağlam ruhlu futbolçularım əzmindən dönmür, xarakter göstərirlər. Ardıcıl iki görüşdəki geridönüşü fiziki durumla bağlamazdım. Bunu futbolçuların iradəsi ilə əlaqələndirirəm".

Baxşıyev mövsümün son hissəsinin sıx təqvim baxımından ağır keçdiyini vurğulayıb: "Belə olacağını bilirdik. Amma tək biz yox, kubokda oynayanların hamısı eyni durumdadır. Heyətimiz genişdir və rotasiya mümkündür".

Futbol
AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

Futbol
"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli olub

"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli olub

Futbol
Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Futbol
"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

Futbol
"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

Futbol
"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

Futbol
UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

Futbol
Neymar məhkəmədə ifadə verib

Neymar məhkəmədə ifadə verib

Futbol
Canni De Byazi: “Ən çox güvəndiyim komanda İspaniya yığmasıdır”

Canni De Byazi: “Ən çox güvəndiyim komanda İspaniya yığmasıdır”

Futbol
"Barselona"nın müdafiəçisi dünya çempionatını buraxa bilər

"Barselona"nın müdafiəçisi dünya çempionatını buraxa bilər

Futbol
Qurban Qurbanov: "Qələbə qazansaq da, danışmaq asan deyil"

Qurban Qurbanov: "Qələbə qazansaq da, danışmaq asan deyil"

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 60 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 60 milyon avroya transfer edib