AİJ İB: "Dünən İrəvanda baş verənlər ağlasığmazdır"

AİJ İB: "Dünən İrəvanda baş verənlər ağlasığmazdır"

"Dünən İrəvanda baş verənlər ağlasığmazdır. İstənilən idman turnirinin əsas dəyərlərinə belə açıq-aşkar hörmətsizlik nümayişi sadəcə olaraq qəbuledilməzdir".

“QELEBE.AZ”un məlumatına görə, bu barədə Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi (AİJ İB) Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanatında bildirib.

Qurum bəyanatda baş verənlərə hiddətləndiyini qeyd edib:

“İstər ölkəmizdə, istərsə də xaricdə müxtəlif idman tədbirlərini işıqlandırmaq bizim peşəkar fəaliyyətimizin önəmli hissəsidir. Məlumdur ki, idman yarışları parlaq rekordlar və sağlam rəqabət deməkdir. Qələbə sevinci və məğlubiyyətlə yanaşı idmanı bu qədər dəyərli edən başqa bir unikal xüsusiyyət də var. İdman hətta bütün digər kommunikasiya vasitələri ilə əlaqə qurmaq mümkün olmadıqda insanların ünsiyyəti üçün unikal fürsət verir. Olimpiyadaların mahiyyətində əks olunduğu kimi idman bütün dünyada sülhün carçısıdır.

Azərbaycan və Ermənistan arasındakı münasibətlərin həssaslığına baxmayaraq idmançılarımızın iştirakı ilə bağlı hərtərəfli müzakirələrdən sonra Azərbaycan milli komandası İrəvana yollanmışdır.

Ötən əsrin 80-ci illərinin sonundan Ermənistanın Azərbaycana qarşı 30 illik işğalı ilə nəticələnmiş və BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmış təcavüzü torpaqlarımızın 20 faizini xarabalığa və minalanmış ərazilərə çevirmişdir. Biz 2020-ci ildə torpaqlarımızı azad edərək regionda davamlı sülhün bərqərar olması üçün səylər göstəririk. Bizim səlahiyyətli qurumlarımız tədbir təşkilatçılarının İrəvandakı çempionatın nifrət və qərəzdən azad olacağı ilə bağlı dəfələrlə verdikləri zəmanətə inanmışdır. İndi göründüyü kimi bunlar boş vədlər imiş.

Bayrağımızın Ermənistanda təhqir olunması təəccüblü deyildir. Çünki Ermənistan cəmiyyətində Azərbaycana və onun vətəndaşlarına qarşı illərlə kök salmış nifrət Ermənistanda dərin iz buraxmışdır. Məhz bunun nəticəsidir ki, hansısa yolla akkreditə olunmuş, tədbir təşkilatçıları arasında olan bir barbar bayrağımızı yandırmışdır. Onu da xatırladaq ki, elə həmin nifrət səbəbindən bu həftənin əvvəlində əlverişsiz hava şəraitinə görə yolunu azmış və Ermənistanın müvafiq səlahiyyətli qurumları tərəfindən saxlanılan iki silahsız Azərbaycan əsgəri döyülərək alçaldılmışdır.

Azərbaycan mütəmadi olaraq böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməkdədir. Biz bütün bu yarışları, o cümlədən erməni idmançıların iştirak etdiyi yarışları işıqlandırmışıq. Ölkəmizdə heç vaxt belə iyrənc hadisələr baş verməyib. İdmançıların yarışmaq və əsl idman ruhundan həzz almaq üçün qatıldıqları yarışda iştirak etmələrinə şərait yaratmaq təşkilatçıların üzərinə düşən əsas məsuliyyətli vəzifədir.

Biz beynəlxalq ictimaiyyəti İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində baş vermiş iyrənc hadisəni pisləməyə çağırırıq. Biz, Azərbaycanın idman jurnalistləri, auditoriyamıza idman sevinci bəxş edərək öz işimizi görmək imkanımızın olmasını istəyirik”.

Fərdi
Azərbaycan cüdoçularının 2022-ci ildə qazandıqları medal sayı açıqlanıb

Azərbaycan cüdoçularının 2022-ci ildə qazandıqları medal sayı açıqlanıb

Fərdi
Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Fərdi
Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Fərdi
Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Fərdi
“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib

“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib

Fərdi
Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Fərdi
Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib

Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib

Fərdi
Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Fərdi
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Fərdi
Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"