Bakıdakı mundialda Paris-2024 üçün reytinq xalları və hakimlərə veriləcək qonorar açıqlanıb

Bakıdakı mundialda Paris-2024 üçün reytinq xalları və hakimlərə veriləcək qonorar açıqlanıb

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün reytinq xalları açıqlanıb.

"QELEBE.AZ" Dünya Taekvondosunun (World Taekwondo) rəsmi saytına istinadən xəbər verir ki, qızıl medalçılar 140 reytinq xalı alacaqlar.

İkinci pillənin sahiblərinə 84, üçüncü yeri tutanlara 50,4 xal veriləcək. Turniri 4 və 5-ci sırada başa vuranlar 30,24 reytinq xalı qazanacaqlar. 6-9-cu yerləri bölüşdürənlər 21,17 xal, 10-17-ci pillələrdə qərarlaşanlar 14,82 xal əldə edəcəklər. 18-33-cü yeri tutanlar 10,37, yarışı 34-65-ci sırada bitirənlər isə 7,26 reytinq xalı götürəcəklər.

Mundialın idarə edəcək hakimlərin sayı və onlara ödəniləcək vəsaitin məbləği də bəlli olub. Yarışda ümumilikdə 70 beynəlxalq dərəcəli referi ədaləti qoruyacaq. Onların hər birinə gündəlik 150 ABŞ dolları (7 gün üçün 1 050 dollar) veriləcək. Bundan başqa, təşkilat komitəsi hakimlərin yalnız Bakıda qalmaq və yemək xərclərini qarşılayacaq. Ədalət təmsilçiləri gəliş-gediş üçün aviabiletləri özləri almalıdırlar.

Qeyd edək ki, dünya çempionatı Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley Bakıda qeyd olunacaq. Əvvəlkilərdən fərqlənəcək mundiala 3000-dək qonağın gəlişi gözlənilir. Mayın 29-dan iyunun 4-dək təşkil olunacaq yarış Bakı Kristal Zalında baş tutacaq.

Fərdi
Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Fərdi
Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Fərdi
Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Fərdi
Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Fərdi
Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı bəlli olub

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Fərdi
Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Fərdi
"Nant"ın prezidenti: "Qarabağ"la ev oyununda sehrli hadisələr baş verdi"

"Nant"ın prezidenti: "Qarabağ"la ev oyununda sehrli hadisələr baş verdi"

Fərdi
Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Şəkidə "İdman festivalı 2022"nin açılışı olub