Premyer Liqa: “Qarabağ” növbəti qələbəsini qazanıb

Premyer Liqa: “Qarabağ” növbəti qələbəsini qazanıb

Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.

“QELEBE.AZ”un məlumatına görə, qapanış matçında “Qarabağ” növbəti qələbəsini qazanıb.

Ağdam təmsilçisi bu dəfə doğma meydanında “Kəpəz”i 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Oyunda hesabı 5-ci dəqiqədə Abdullah Zubir açıb. Gəncəlilər fasiləyə qədər status-kvonu bərpa etməyi bacarıblar. 29-cu dəqiqdə Yeqor Xvalko fərqlənib.

Ancaq “Kəpəz”in bundan artığına gücü çatmayıb. Əvvəlcə 58-ci dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. 9 dəqiqə sonra Leandro Andrade toru silkələyərək, matçda son nöqtəni qoyub.

Premyer Liqanın məğlubedilməz komandası “Qarabağ” bu qalibiyyət sayəsində xallarının sayını 77-yə çatdırıb və liderliyini bir qədər də möhkəmlədib. “Kəpəz” isə 25 xalla yeddinci pillədə qalıb.

Turun digər oyunlarında “Qəbələ” “Zirə”ni, “Səbail” “Sabah”ı evdə 2:1, “Neftçi” “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub edib, “Turan Tovuz”la “Şamaxı” birincilərin meydanında 1:1 hesablı bərabərə qalıblar.

Qeyd edək ki, Premyer Liqada XXX turun matçları aprelin 14-16-sı aralığında keçiriləcək.

17:32

Azərbaycan Premyer Liqasının XXIX turunun qapanış oyununda qarşılaşacaq “Qarabağ” və “Kəpəz”in start heyətləri açıqlanıb.

“QELEBE.AZ” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 81. Kevin Medina, 87. Adama Diakabi, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 8. Marko Yankoviç, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

“Kəpəz”: 68. Orxan Sadıqlı (k), 80. Tural Rzayev, 14. Elçin Əlicanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu

Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 10. Salif Sisse, 9. Mate Kvirkviya

Baş məşqçi: Tərlan Əhmədov

Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

Futbol
Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Futbol
İlin ən yaxşı futbol klubu bəlli olub

İlin ən yaxşı futbol klubu bəlli olub

Futbol
Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Futbol
"Mançester Yunayted"in baş məşqçisi futbolçunu əsas komandadan kənarlaşdırıb

"Mançester Yunayted"in baş məşqçisi futbolçunu əsas komandadan kənarlaşdırıb

Futbol
“Turan Tovuz”la oyun Ramil Şeydayev üçün ikiqat yubileylə əlamətdar olub

“Turan Tovuz”la oyun Ramil Şeydayev üçün ikiqat yubileylə əlamətdar olub

Futbol
Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırılıb

Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırılıb

Futbol
Arda Turan karyerasını bitirib

Arda Turan karyerasını bitirib

Futbol
“Turan Tovuz”un yoxlama oyunundakı rəqibi dəyişib

“Turan Tovuz”un yoxlama oyunundakı rəqibi dəyişib

Futbol
"Vulverhempton" baş məşqçisini istefaya göndərib

"Vulverhempton" baş məşqçisini istefaya göndərib

Futbol
Messi azarkeşin kürəyinə imzasını çəkib

Messi azarkeşin kürəyinə imzasını çəkib

Futbol
FIFA yeni turnir keçirəcək

FIFA yeni turnir keçirəcək

Futbol
Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq