“Kəpəz” 21 ildir “Qarabağ”ı məğlub edə bilmir: “Tilsimin qırılması real görünmür”

“Kəpəz” 21 ildir “Qarabağ”ı məğlub edə bilmir: “Tilsimin qırılması real görünmür”

Azərbaycan Premyer Liqasının XXIX turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” 21 ildir rəqibini məğlub edə bilmir.

“QELEBE.AZ”un məlumatına görə, Gəncə təmsilçisi ölkə çempionatlarında sonuncu dəfə 2001/2002 mövsümündə Ağdam klubuna qalib gəlməyə müvəffəq olub.

2002-ci il aprelin 6-na təsadüf edən qarşılaşmada “Kəpəz” 3:0 hesablı qələbə qazanıb. Həmin görüşdə qollara Rövşən Əhmədov, Ruslan Sadıqov və Rövşən Süleymanov imza atıblar. Maraqlıdır ki, o dövrdə “köhlən atlar” “Qarabağ-Azərsun” adı altında çıxış edirdilər.

Azərbaycanda futbolun durğunluq dönəminə düşən illərdə tez-tez komanda adı dəyişmək adi hala çevrilmişdi. Təsadüfi deyil ki, “Kəpəz”in “Gəncə” adlandırılmağa başladığı 2004/2005 mövsümündən ağdamlılar yenidən “Qarabağ” adı altında mübarizə aparıblar. Gəncə təmsilçisi nə şəhərin adını daşıdığı, nə də “Kəpəz” adını qaytardığı 2011-ci ildən indiyə qədər “Qarabağ”la ayaqlaşa bilib.

21 ildə 22 məğlubiyyət

“Kəpəz” 2006-2010, 2013-2015 və 2018-2022-ci illər aralığında yüksək liqada çıxış etməyib. Ötən 21 il ərzində komandalar çempionatda 27 dəfə üz-üzə gəliblər ki, bunun 5-də gəncəlilər heç-heçəyə sevinə biliblər. Qalan 22 qarşılaşma “Qarabağ”ın qalibiyyəti ilə yekunlaşıb. Bu görüşlərdə “Kəpəz” 11, “Qarabağ” isə 47 qol vurub.

Halbuki 2002-ci ilə qədərki dönəmdə üstünlük Gəncə təmsilçisinin tərəfində olub. “Kəpəz” 1992-2002-ci illər aralığında rəqibini 14 dəfə məğlub edibsə, 6 görüşdə uduzub. Digər 5 oyun heç-heçə nəticələnib.

Digər diqqətçəkən məqam “Qarabağ”ın son 16 matçda “Kəpəz”in qapısına yol tapmasıdır. Axırıncı dəfə 2012-ci ilin oktyabrında Gəncədəki matçda qonaq komanda qol vura bilməyib və 0:0 hesabı qeydə alınıb.

Kənan Kərimov: “Davamiyyət itməsəydi, belə uğursuz seriya olmazdı”

“Kəpəz”in “Qarabağ” üzərində son qələbəsinin iştirakçılarından olan Kənan Kərimov bu seriyanın səbəbini Gəncə futbolundakı enişdə görüb: “Açığı, həmin oyunu xatırlamıram. Bilirsiniz ki, “Kəpəz” uzun müddət Premyer Liqada iştirak etmədi, şəhər futboldan uzaq düşdü. Böyük şəhər olmasına baxmayaraq, Gəncə futbolunda eniş yaşandı. Mən 21 illik tilsimi bu stabilliyin olmaması ilə əlaqələndirirəm. Fikrimcə, “Kəpəz” böyük futboldakı davamiyyətini itirməsəydi, belə bir uğursuz seriya olmazdı”.

Sabiq hücumçu “Kəpəz”in 20 il əvvələ qədər daim yüksək yerlər uğrunda mübarizə apardığını xatırladıb: “Həmin vaxtlar ölkə futbolu da, futbolçular da fərqli idilər. Zarafat deyil, 20 il əvvəldən danışırıq. Sonrakı dövrlərdə “Kəpəz” hər il Premyer Liqada yer alsaydı, indi 1-2-ci yerlər uğrunda mübarizə aparardı. Çünki “Kəpəz” yüksək dəstədə stabil oynadığı vaxtlar həmişə iddialılar sırasında yer alıb. Üstəlik, bu illər ərzində “Qarabağ” da çox inkişaf edib”.

47 yaşlı mütəxəssis Gəncə təmsilçisinin növbəti qarşılaşmada tilsimi qıracağına inanmır: “Hazırkı durumda tilsimin qırılması real görünmür. Çünki komandalar arasında böyük səviyyə fərqi var. “Kəpəz”in autsayderlər zonasında qərarlaşması komandanın daha mübariz çıxış etməsinə təkan ola bilər. Fikrimcə, Gəncə təmsilçisi səfər matçında 1 xal üçün döyüşə bilər. Amma qələbə qazanması inandırıcı deyil”.

Qeyd edək ki, aprelin 9-da “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Kəpəz” oyunu saat 18:30-da başlayacaq.

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" "Qarabağ"a qalib gələrək yarımfinala yüksəlib

Azərbaycan Kuboku: "Qəbələ" "Qarabağ"a qalib gələrək yarımfinala yüksəlib

Futbol
“Qarabağ” Bakıda “Olimpiakos”la oynayacaq

“Qarabağ” Bakıda “Olimpiakos”la oynayacaq

Futbol
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Futbol
AFFA rəsmisi: "I Divizion klublarının hamısı Premyer Liqada iştirak üçün müraciət edib"

AFFA rəsmisi: "I Divizion klublarının hamısı Premyer Liqada iştirak üçün müraciət edib"

Futbol
"Qəbələ"nin futbolçusu: "Təmiz penalti verilmirsə, VAR nəyə lazımdır?"

"Qəbələ"nin futbolçusu: "Təmiz penalti verilmirsə, VAR nəyə lazımdır?"

Futbol
Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb

Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb

Futbol
Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Futbol
Yunanıstan - Azərbaycan matçının hakimləri bəlli olub

Yunanıstan - Azərbaycan matçının hakimləri bəlli olub

Futbol
UEFA "Qarabağ"la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb

UEFA "Qarabağ"la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb

Futbol
Messi Ronaldoya çatıb

Messi Ronaldoya çatıb

Futbol
Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Futbol
Argentinada bütün oyunlar təxirə salınıb

Argentinada bütün oyunlar təxirə salınıb