Minaya düşmüş şəxs: "Özümü əlil yox, futbolçu kimi görürəm"

Minaya düşmüş şəxs: "Özümü əlil yox, futbolçu kimi görürəm"

"Özümü əlil yox, futbolçu kimi görürəm".

Bunu "Report"a açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və AFFA-nın birgə təşkilatçılığı ilə amputant futbolçular arasında oyunun iştirakçısı Sənan Hacıyev deyib.

Hacıyev minaya düşərək sağ ayağını itirdiyini bildirib: "Uşaqlıqdan futbola böyük həvəsim olub. Amma minaya düşdüm və yaralandım. Qarşıma amputant futbol komandası çıxdı. Müraciət etdim və buraya gəldim. Mənim üçün dünya bir yana, futbol bir yana. Uşaq vaxtı küçələrdə, ağlım kəsəndən isə stadionlarda futbol oynamışam".

Amputant futbolçu Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək istədiyini vurğulayıb: "Ayağımı itirəndə çox pis olmuşdum. 18 yaşım var idi. İstər-istəməz təsir etmişdi. Futbola gələndən sonra artıq qəbullandım ki, həyat budur. İdmançı kimi Azərbaycanı ölkəmizdən kənarda təmsil edəcəyik".

O, idmanın minadan zərər çəkən və müxtəlif bədən üzvləri amputasiya olunmuş şəxslərin həyatını dəyişə biləcəyini söyləyib: "İdman ilk olaraq sağlamlıqdır. Şəxsən bunun mənim üçün əhəmiyyəti çox böyükdür".

2015-ci ildə ayağını itirmiş Hüseyn Hüseynov tədbirin çox yaxşı təşkil olunduğunu deyib: "Gələcək planlarımızın və arzularımızın həyata keçəcəyinə inanıram. Belə görüş təşkil etdiyi üçün ANAMA-ya təşəkkür edirik. Bunun üçün dövlətimizə minnətdaram".

Futbol
Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Futbol
UEFA "Qəbələ" klubuna ödəniş edib

UEFA "Qəbələ" klubuna ödəniş edib

Futbol
DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Futbol
AFFA-nın vitse-prezidenti: "İddiamız böyük olmalıdır ki, biz də böyüyək"

AFFA-nın vitse-prezidenti: "İddiamız böyük olmalıdır ki, biz də böyüyək"

Futbol
KİV: "Neftçi"nin baş məşqçisi "Styaua"ya qayıtmaqda israrlıdır

KİV: "Neftçi"nin baş məşqçisi "Styaua"ya qayıtmaqda israrlıdır

Futbol
"Beşiktaş" yeni baş məşqçisini açıqlayıb

"Beşiktaş" yeni baş məşqçisini açıqlayıb

Futbol
"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" - "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Futbol
Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb

"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb

Futbol
Murad Musayev: "İlk hissədə öz oyunumuzu göstərə bilmədik"

Murad Musayev: "İlk hissədə öz oyunumuzu göstərə bilmədik"

Futbol
Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb