AFFA və ANAMA arasında Anlaşma Memorandumu imzalanıb

AFFA və ANAMA arasında Anlaşma Memorandumu imzalanıb

AFFA və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) arasında Anlaşma Memorandumu imzalanıb.

“QELEBE.AZ”un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə Anlaşma Memorandumunu milli assosiasiyanın baş katibi Sərxan Hacıyev və ANAMA-nın sədri Vüqar Süleymanov imzalayıblar.

Memorandum qarşıya qoyulan prioritet məqsədlərin həyata keçirilməsində tərəflərin əməkdaşlığını təmin etmək, mina təhlükəsinə dair maarifləndirmə sahəsində kütləviliyin artırılması üçün birgə tədbirlər həyata keçirmək, minadan zərərçəkmiş şəxslərin sosial inteqrasiyası üçün onların müxtəlif futbol yarışlarında, digər kütləvi idman tədbirlərində iştirakını dəstəkləmək kimi vacib məsələləri özündə ehtiva edir.

Sərxan Hacıyev AFFA ilə ANAMA arasında Anlaşma Memorandumunun imzalanmasının xüsusi əhəmiyyət kəsb edən məsələ olduğunu bildirib: “Təəssüf ki, Azərbaycan dünyada mina təhlükəsindən çox ciddi əziyyət çəkən ölkələrdən biridir. Bu səbəbdən mina partlayışı nəticəsində vətəndaşlarımızın həlak olması və ya ağır yaralanması halları ilə qarşılaşırıq. Düşünürəm ki, AFFA və ANAMA arasında əsasını qoyduğumuz tərəfdaşlıq mina partlayışları nəticəsində xəsarət almış şəxslərin futbol oyunlarının və turnirlərinin təşkili və sevimli idman növündən zövq almalarına zəmin yaradılması üzərimizə düşən məsuliyyətlərdən biridir”.

Memorandumda qeyd olunur ki, birgə əməkdaşlıq çərçivəsində oyunlar və turnirlər təşkil ediləcək, eləcə də, yarışlarda mina təhlükəsinə dair maarifləndirici çağırışların geniş şəkildə yayılması və ictimaiyyətə çatdırılması istiqamətində lazımi dəstək veriləcək. Habelə, mina təhlükəsinə dair maarifləndirmə və inklüziv futbol turnirlərinin (mina partlayışları nəticəsində xəsarət almış şəxslərin futbol oyunları və turnirləri) dəstəklənməsi məqsədilə əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində müvafiq tədbirlər görüləcək.

Vüqar Süleymanov bildirib ki, Azərbaycanın genişmiqyaslı mina problemi ilə üzləşdiyi bir zamanda ANAMA və AFFA arasında imzalanan Anlaşma Memorandumu istər Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə, istərsə də mina və partlamamış hərbi sursatlardan zərərçəkən şəxslərin cəmiyyətə reinteqrasiyası baxımından böyük əhəmiyyətə malikdir: “Günümüzdə böyük bir kütlə tərəfindən sevilən və izlənən futbol növü üzrə inklüzivliyin dəstəklənməsi, mina hadisələri nəticəsində müxtəlif xəsarətlər alan və ya amputant futbolçuların bu idman növünə cəlb olunması və sosial-ictimai rifahının yaxşılaşdırılması olduqca vacib məsələlərdən biridir”.

Futbol
İstanbul derbisi: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib

İstanbul derbisi: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib

Futbol
Şəhid övladları "Qarabağ"ın oyununu izləyiblər

Şəhid övladları "Qarabağ"ın oyununu izləyiblər

Futbol
Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Futbol
"Qarabağ" Almaniyadakı oyundan əvvəl ölkə xaricindəki azarkeşlərə müraciət edib

"Qarabağ" Almaniyadakı oyundan əvvəl ölkə xaricindəki azarkeşlərə müraciət edib

Futbol
Futbol eksperti: "Millinin ardıcıl qələbələrinə inkişafın başlanğıcı demək tezdir" - RƏY

Futbol eksperti: "Millinin ardıcıl qələbələrinə inkişafın başlanğıcı demək tezdir" - RƏY

Futbol
Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Futbol
"Səbail" - "Kəpəz" oyununda insident baş verib

"Səbail" - "Kəpəz" oyununda insident baş verib

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib

Futbol
Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Futbol
Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Futbol
Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Futbol
Klopp “Mançester Siti” ilə oyunda hakimə qışqırdığı üçün cəzalanıb

Klopp “Mançester Siti” ilə oyunda hakimə qışqırdığı üçün cəzalanıb