Azərbaycan tarixinə düşən dünya çempionatının mükafatçısı çəkisini dəyişəcək

Azərbaycan tarixinə düşən dünya çempionatının mükafatçısı çəkisini dəyişəcək

Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında dünya çempionatında ölkəmizi təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Millinin baş məşqçisi Yadigar Məmmədov 9 ildən sonra mundialda qazanılan bürünc medalı yığma üçün uğurlu adlandırıb. O, növbəti yarışlarda komandasının daha yaxşı çıxış edəcəyinə inandığını deyib: “Mundiala 6 idmançı ilə yollanmışdıq. Onlardan Zeynəb Rəhimova (54 kq) 2, Məhsəti Həmzəyeva (57 kq) 1 qələbə qazandı. Dünya reytinqində 3-cü olan Aynur Rzayeva dünya çempionatını bürünc medalla bitirdi. Onun finala yüksələ bilməməsində isə çəkisinin rəqiblə müqayisədə az olması rol oynadı. Amma qarşıdakı yarışlar üçün Aynurun çəki dərəcəsində dəyişiklik edəcəyik. Çünki Olimpiya çəkisi 75 kq olduğu üçün Rzayevaya yeni proqram tərtib edəcəyik ki, o, bu çəkidə rahat işləsin”.

Azərbaycan tarixinə dünya çempionatında medal qazanan ilk yerli boksçu kimi düşən Aynur Rzayeva (+81 kq) isə növbəti hədəfinin Avropa Oyunlarında Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək olduğunu vurğulayıb: “Yarışa çox ciddi hazırlaşmışdıq və Hindistana medal əldə etmək üçün yollanmışdıq. Buna həm fiziki, həm də psixoloji cəhətdən hazır idim. Ən əsası isə özümə inanırdım. Döyüşlərim də yaxşı alındı. Yarımfinalda reytinqli rəqiblə qarşılaşdığım. Lakin fikrimcə, qələbə rəqibə verilməli deyildi. Məqsədim Avropa Oyunlarına yaxşı hazırlaşıb, Olimpiadaya lisenziya qazanmaqdır”.

Döyüş növləri
Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Döyüş növləri
Azərbaycanın 3 parataekvondoçusu Qran-pridə medal qazanıb

Azərbaycanın 3 parataekvondoçusu Qran-pridə medal qazanıb

Döyüş növləri
FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

Döyüş növləri
Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO

Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO

Döyüş növləri
Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək

Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Döyüş növləri
Azərbaycan boksçularının 2022-ci ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb

Azərbaycan boksçularının 2022-ci ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb

Döyüş növləri
Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Döyüş növləri
Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Döyüş növləri
Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib

Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib