Okan Buruk: "Birliyimizi, qardaşlığımızı göstərmək üçün burada idik"

Okan Buruk: "Birliyimizi, qardaşlığımızı göstərmək üçün burada idik"

"Birliyimizi, qardaşlığımızı göstərmək üçün burada idik. Bunun davam etməsini istəyirik. Belə möhtəşəm ab-havanı hər yerdə tapmaq olmur. Çox yaxşı komandaya qarşı oynadıq".

"QELEBE.AZ"un məlumatına görə, bunu Türkiyə "Qalatasaray"ının baş məşqçisi Okan Buruk Bakıda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri xeyriyyə oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis belə bir görüş təşkil edildiyi üçün sevincli olduğunu bildirib: "Dünən möhtəşəm şəkildə qarşılandıq. Özümüzü evdəki kimi hiss etdik. Matçın məramı zəlzələdən əziyyət çəkənlərə yardım etmək idi. Digər məsələ də iki ölkənin qardaşlığı idi. Buradakı “Qalatasaray” azarkeşləri ilə görüşdük. “Qarabağ”a, bu gün tribunalarda olan azarkeşlərə təşəkkür edirəm. Gözəl futbol gecəsi yaşadıq".

Oyunu dəyərləndirən Buruk Ağdam klubunun daha yaxşı təsir bağışladığını söyləyib: "Rəqibi matçın əvvəlindən sona qədər daha çox oyunun içində gördüm. Bəzi anlarda daha konsentrasiyalı olduq. Uzun müddət oynamayan futbolçular meydanda idi. Bunlar da oyunumuza təsir etdi. Qələbə qazandıq. Buna görə xoşbəxtik. Amma ən çox burada olduğumuza görə sevinirik".

Təcrübəli mütəxəssis bundan sonra da Azərbaycana gələcəklərini vurğulayıb: "Bu gün başlanğıc oldu. "Qarabağ"la dostluğumuz davam edəcək. Biz də gələcəyik, onlar da qonağımız olacaq. Dünən gec vaxtda gəldik. Bu çətinliklər bizə mane olmadı. Bu gün nəticəni düşünmədik".

Buruk "Qarabağ"da hansı oyunçular daha çox diqqətinizi çəkdi" sualına bu cür cavab verib: "Rəqib üumilikdə, çox yaxşı komandadır. Bir çox oyunçuları millidə idi. Bu gün önə çıxan futbolçular oldu. Komanda şəklində çox bəyəndim. Yaxşı baş məşqçiləri var. Digər komandalardan da oyunçular cəlb etmişdilər. Ümumən, çox hazırlıqlı idilər. Avrokuboklardakı kimi oynadılar".

Futbol
Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Futbol
UEFA Konfrans Liqası: “Fiorentina” səfərdə qələbə qazanıb, “Başakşehir” heç-heçə edib

UEFA Konfrans Liqası: “Fiorentina” səfərdə qələbə qazanıb, “Başakşehir” heç-heçə edib

Futbol
Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Futbol
DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb

DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb

Futbol
Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb

Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb

Futbol
Mahir Emrelinin komandası ilin ən yaxşısı seçilib

Mahir Emrelinin komandası ilin ən yaxşısı seçilib

Futbol
Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Futbol
La Liqa: “Villarreal” “Valensiya”nı məğlub edib

La Liqa: “Villarreal” “Valensiya”nı məğlub edib

Futbol
"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

Futbol
A Seriyası: “Roma” “Verona”nı məğlub edib

A Seriyası: “Roma” “Verona”nı məğlub edib

Futbol
Avropa Liqası: "Arsenal"ın oyunu təxirə salınıb

Avropa Liqası: "Arsenal"ın oyunu təxirə salınıb

Futbol
Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"